Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paytaxtda yaşayış binası yanır



Newscenter.az.21.12.2020. Bakıda yaşayış binasında yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Səbail rayonunun Neftçilər prospektində yerləşən dördmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yanğın qeydə alınıb.

Qeyd edilib ki, dərhal hadisə yerinə FHN-in Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

Hazırda yanğın söndürülür.
Xəbəri paylaş