Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Tək Millət, tək ürək" humanitar platforması Ucarda-FOTOLAR



Newscenter.az.21.12.2020. Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin çağrışına müvafiq olaraq, Milli Məclisin deputatı Ramil Həsənin təşəbbüsü əsasında TÜİB Başkanı Hüseyin Büyükfıratın dəstəyi ilə yaradılmış “Tək Millət, Tək Ürək” Humanitar Platforması çərçivəsində qardaş Türkiyənin Diyanet İşleri Başkanlığı, Türkiyə Diyanet Vakfının və Türkiyə Cümhuriyyəti Bakı Böyükelçiliyinin Din Hizmetleri Müşavirliyinin hər tərəfli köməkliyi ilə Yeddinci yardım aksiyası olaraq Ucar şəhəri və rayonu əhatə edən bütün şəhid və qazi ailələrim, o cümlədən imkansiz ailələrin ehtiyaclarını təmin edəcək sovqatların ünvanlara çatdırılmasına start verilib.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Ucar rayonundan deputat seçilmiş Ramil Həsən verib. Millət vəkili bildirib ki, bu layihənin həyata keçirilməsinə öz dəstəyini əsirgəməyən Türkiyə Cümhuriyyəti Bakı Böyükelçisi cənab Erkan Özorala, TÜİB sədri Hüseyin Büyükfırata, qardaş Türkiyə Cümhuriyyətinin dövlət və hökumət adamlarına, eyni zamanda sovqatların paylanmasında hər cür şəraiti yaradan Ucar rayon İcra Hakimiyyətinə xüsusi təşəkkürünu bildirir.

Mehman

Xəbəri paylaş