Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ağdaşda şəhid və qazi ailələrinə sovqatlar təqdim edilib-FOTOLAR



Newscenter.az.22.12.2020. Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin çağrışına müvafiq olaraq, Milli Məclisin deputatı Ramil Həsənin təşəbbüsü əsasında ????????TÜİB Başkanı Hüseyin Büyükfıratın dəstəyi ilə yaradılmış “Tək Millət, Tək Ürək” Humanitar Platforması çərçivəsində qardaş Türkiyənin Diyanet İşleri Başkanlığı, Türkiyə Diyanet Vakfının və Türkiyə Cümhuriyyəti Bakı Böyükelçiliyinin Din Hizmetleri Müşavirliyinin hər tərəfli köməkliyi ilə yardım aksiyası davam edir.

Newscenter.az millət vəkili Ramil Həsənə istinadən xəbər verir ki, sayca səkkizinci yardım aksiyası olaraq Ağdaş rayonunu əhatə edən bütün şəhid və qazi ailələrinin ehtiyaclarını təmin edəcək sovqatların ünvanlara çatdırılmasına start verilib:

"Bu layihənin həyata keçirilməsinə öz dəstəyini əsirgəməyən Türkiyə Cümhuriyyəti Bakı Böyükelçisi cənab Erkan Özorala, TÜİB sədri Hüseyin Büyükfırata, qardaş Türkiyə Cümhuriyyətinin dövlət və hökumət adamlarına, eyni zamanda yardımların paylanmasında bizə hərtərəfli şərait yaradan, ev sahibliyi edən Ağdaş rayon İcra Hakimiyyətinin Başçısı Tofiq İbrahimova, Ağdaş Seçki Dairəsindən Milli Məclisin deputatı Cavid Osmanova xüsusi təşəkkürümüzü bildiririk".

Mehman

Xəbəri paylaş