Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Eldəniz Səlimov: "Arxayınlıq hissinə qapılmaq olmaz"



Newscenter.az.22.12.2020. “Artıq son günlərdə nəinki dövlətimizi, hətta dünyanı öz cənginə alan COVİD-19 virusunun yoluxma sayında gözə çarpan azalma müşahidə olunur. Bu çox sevindirici haldır”.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Milli Məclisin deputatı Eldəniz Səlimov deyib ki, bunu hər birimizin uğuru kimi saymaq olar:

“Lakin qətiyyən arxayınlıq hissinə qapılmaq olmaz. Yadda saxlamaq mütləqdir ki, yoluxma sayının azalması qəti şəkildə qoyulmuş qadağaların və bizim bu məsələyə həssas, məsuliyyətlə yanaşmamızın nəticəsidir. Mən əminəm ki, bir müddət bu vəziyyəti qoruyub saxlaya bilsək böyük bir nəaliyyət əldə etmiş olarıq”.

Millət vəkili deyib ki, dövlətimiz də bu yöndə öz tədbirlərini görməkdədir:

“Karantin nəzarəti postlarında vətəndaşlar mütəmadi yoxlanışdan keçir, bütün mərkəzi və ara küçələrin xüsusi dezinfektan məhlullarla dərmanlanması prosesi gedir. Artıq bundan sonra biz daha da dözümlü olaraq, bir azda diqqətli olmalıyıq. Çünki, bildiyimiz kimi ÜST-ün verdiyi məlumata görə virusun növbəti dalğası yayılmaqdadır. Artıq Avropa ölkələrinin bir çoxunun virusun yayılmasından və insan ölümlərinin armasından əziyyət çəkdiyi göz qabağındadır. Təəssüflər olsun ki, onlar bu bəla ilə mübarizə aparmaqda çətinlik çəkirlər. Görünməyən düşmən üzərində qələbə üçün yalnız məsuliyyətli olmaq və yenə də qoyulan qadağa və verilən tövsiyyələrə əməl etmək lazımdır. Əgər biz də arxayınlıq hissinə qapılsaq gələcəyimiz heç də Avropa ölkələrindən fərqli olmayacaqdır. Bu acınacaqlı vəziyyətə düşdükdən sonra bundan qurtulmağın yolu olmayacaq”.

Eldəniz Səlimovun sözlərinə görə, bunun üçün dəfələtlə xalqa müraciət edilir, məsləhət görülür və tələb olunur ki, qoyulan bütün qadağalara düzgün şəkildə riayət etsinlər:

“Bunun üçün heç də çətin olmayan çox sadə üsullar var. Zərurət olmadıqca evdən çölə çıxmamaq, tibbi maskadan istifadə etmək, ara məsafəsini qorumaq və tibbi spirtdən istifadə etmək. Hər birimiz çalışıb immunitet sistemimizi möhkəmləndirməliyik ki, vücudumuzun virusa qarşı müqaviməti olsun. Allah bu günlərdə hər birimizin yardımcısı olsun!”.

Mehman
Xəbəri paylaş