Newscenter.az.22.12.2020. "Sürətlə yayılan mutasiya uğramış koronavirus haqqında xəbərlər fake xəbərlərdir".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Yeganə Hacıyeva səsləndirib. O, deyib ki, mutasiyaya uğramış koronavirus, yəni yoluxma qabiliyyəti kütənmiş, zəifləmiş koronavirus deməkdir:
"Avropa İttifaqı üçün də bu fake xəbər , BREXİT-dən sonra sərhəd-gömrük məsələlərində heç cür razılaşma əldə edə bilmədiyi Böyük Britaniya ilə bütün sərhədləri bağlamaq üçün göydən düşmə fürsətdir. Amma bütün fürsətlər iki və daha çox tərəfli olur. Böyük Britaniya da bu izolyasiyanı daxili imkanlar və prespektivlərin dəyərləndirməsi, inşafı üçün istifadə edir. Amma aydın olan odur ki, Avropa daha xəbərlə, fake xəbər arasında fərqi izləmək ehtiyacı duymur".
Politoloq bildirib ki, fake xəbərlərlə internet resurslarda formalaşdırdığı psevdoreallıqları cəmiyyətlərinə sırıyır:
"Biz 44 günlük müharibədə Makronun nümunəsində buna əmin olduq. Əslində biz də karantində keçirəcəyimiz zamanı öz imkan və prespektivlərimizin dəyərləndirilməsi və inkşafına sərf edə bilərik. Azadlığımız bu qədər çərçivəyə salınmış bizlər üçün karantin həyatımızdakı vacib və ya ötəri şeylər haqqında yenidən düşünmək, dəyərlər sisteminə yenidən baxmaq, dünyaya baxışımızın özümüzə, ailəmizə, cəmiyyətimizə faydalılığını ölçmək üçün bir fürsətdir. Düzgün dəyərləndirilmiş fürsətdən imkanlar doğur".
Anar