Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İntellektual müsabiqənin rayon mərhələsi başa çatıb



Newscenter.az.23.12.2020. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən “Qarabağ Azərbaycandır!” adlı intellektual müsabiqənin paytaxtın inzibati rayonları üzrə II mərhələsi başa çatıb.

Newscenter.az-a İdarədən bildirilib ki, məktəbdaxili mərhələdə ən yüksək nəticə əldə etmiş 294 şagird II mərhələdə qalibiyyət uğrunda rəqabət aparıb. Hər inzibati rayon üzrə ilk 3 yerin sahibi olan 36 şagird müsabiqənin final mərhələsində iştirak etmək hüququ qazanıb.

Qeyd edək ki, mövcud epidemioloji vəziyyət nəzərə alınaraq, müsabiqə hazırlanmış müvafiq proqram təminatı vasitəsilə onlayn qaydada keçirilib. Müsabiqədə BŞTİ-nin tabeliyində olan ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri iştirak edib.

Müsabiqənin əsas məqsədi şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işnin davamlı təşkilinə nail olmaq, Vətən Müharibəsində şəhid olanların xatirəsini ehtiramla yad etmək, Azərbaycan Ordusunun göstərdiyi şücaətə uşaq və gənclərin diqqətini cəlb etmək, habelə xüsusi istedada malik olan uşaqları üzə çıxarmaq, şagirdlərdə araşdırmaq, təhlil aparmaq bacarıqlarını inkişaf etdirməkdən ibarətdir.

Onlayn müsabiqənin əsas mövzuları I Qarabağ müharibəsi, Aprel döyüşləri, Tovuz döyüşləri, II Qarabağ müharibəsi, işğaldan azad olunmuş bölgələrin tarixi, mədəniyyəti, coğrafiyası, tarixi abidələri, şəxsiyyətləri və Azərbaycanla bağlı ümumi dünyagörüşdür.

Müsabiqənin final mərhələsində Təşkilat Komitəsi tərəfindən ümumilikdə qalib kimi 9 şagird (2 nəfər I yer, 2 nəfər II yer, 2 nəfər III yer, 3 nəfər həvənləndirici yer) müəyyənləşdiriləcək.

Qaliblərə BŞTİ tərəfindən diplom və hədiyyələr təqdim olunacaq.

Xəbəri paylaş