Newscenter.az.26.12.2020. İndiyədək ölkədə ümumilikdə 213 192 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 164 500 nəfər müalicə olunaraq sağalıb, 2 454 nəfər vəfat edib. Hazırda 46 238 aktiv xəstə var.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 507, bu günə qədər isə ümumilikdə 2 141 798 test icra olunub.