Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat seçicilərini narahat edən problemləri gündəmə gətirdi



Newscenter.az.26.12.2020. Milli Məclisin deputatı Könül Nurullayeva 2021-ci il üçün dövlət və icmal büdcəsi layihəsinin müzakirəsi zamanı fürsətdən istifadə edərək Bakı şəhəri, Nizami rayonu əhalisini narahat edən məsələlərlə əlaqədar təkliflərini irəli sürüb.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı millət vəkili öz facebook səhifəsində verib. Deputat ümid etdiyini bildirib ki, aidiyyatı şəxslər və qurumlar Nizami rayonu sakinlərini narahat edən məsələlərin həllində yardımçı olacaqlar.

Deputat sözügedən məsələlərdən ən önəmlilərini nəzərə çatdırıb:

“Keşlə qəsəbəsi D. Aslan küçəsi 2 ünvanında yerləşən 220 yerlik 278 saylı uşaq bağçasının əsaslı təmir olunması, Bakı şəhəri Nizami rayonu C. Naxçıvanski küçəsi 49, 51, 53, 55, 59 saylı, Rüstəmov küçəsi 13a, 21a, 74 saylı, M. Abbasov küçəsi 21, 23, 43 saylı, K. Balakişiyev küçəsi 48 saylı, Ordubadi küçəsi 12, 14 saylı və s. çoxmərtəbəli və çoxmənzilli binalarda istilik sisteminin bərpa edilməsi.

Vaxtilə mövcud olmuş Sənaye Tikinti Nazirliyinin 4 saylı Tikinti trestinə məxsus, E. Süleymanov küçəsi 137 və 139 saylı binalarının tamamlanaraq başa çatdırılması və liftlərin quraşdırılması, Keşlə qəsəbəsi N. Abdullayev küçəsi 4/44 ünvanında yerləşən onlarla mənzilin üzərindən keçən yüksək gərginlikli elektrik xətlərinin yeraltına keçirilməsi. 200-dən çox ailənin məskunlaşdığı Keşlə qəsəbəsi P. Fərzəliyev küçəsinə kanalizasiya xəttinin çəkilməsi və s. Ümid edirəm ki, qaldırdığım problemlərin həll edilməsi üçün aidiyyatı qurumlar tərəfindən müvafiq addımlar atılacaq, Nizami rayonunda uzun illərdir həllini tapmayan və sakinləri narahat edən problemlər tezliklə aradan qaldırılacaqdır”.

Anar
Xəbəri paylaş