Newscenter.az.26.12.2020. Ağdamda yerləşəcək Türkiyə-Rusiya birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcək Türkiyə hərbçiləri Azərbaycan Silahlı Qüvvələri ilə əməkdaşlıq çərçivəsində işğaldan azad olunmuş ərazilərin minalardan təmizləməsində iştirak edəcəklər.
Bu barədə Türkiyənin NTV televiziya kanalı məlumat yayıb.
Türkiyə hərbçiləri həmçinin Azərbaycan Silahlı Qüvvələri ilə əməkdaşlıq çərçivəsində humanitar yardım fəaliyyətində də rol alacaqlar.