Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstanlı rejissorların 44 günlük Vətən müharibəsi haqqında çəkdiyi filmin təqdimatı olub-FOTOLAR



Newscenter.az.26.12.2020. Qazaxıstanın paytaxtı Nur-Sultanda qazaxıstanlı rejissorlar tərəfindən lentə alınan və 44 günlük Vətən Müharibəsinə həsr olunan filmin təqdimatı olub.

Newscenter.az Azərbaycanın Qazaxıstandakı səfirliyinə istinadən xəbər verir ki, sənədli filmdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki yaşayış yerlərinə, şəhərlərə xain hücumu, dinc sakinlərin qətli geniş əksini tapıb.

"Qarabağ - geri dönən xoşbəxtlik" adlanan filmin nümayişi zamanı Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bildirib ki, yerli rejissor və bloqerlər 30 il ərzində Azərbaycan torpalarının işğal altında qaldığı müddətdə şəhər və kəndlərimizin dağıdılmasından, qaçqın və köçkünlərimizin vəziyyətindən, azad olunmuş ərazilərdən reportajlar hazılayaraq, konfliktin tarixi və nəticələri barədə qazax və rus dillərində bu sənədli filmi ərsəyə gətiriblər. Səfir ikinci Qarabağ müharibəsində Qazaxıstan ictimaiyyətinin dəstəyini, sosial şəbəkələrdə, mətbuatda bizimlə çiyin-çiyinə savaşdıqlarını diqqətə çatdırıb və bildirib ki, yerli jurnalistlər, ekspert və politoloqlar 44 günlük Vətən müharibəsində Qazaxıstan və dünya ictimayyətinə bizim mücadiləmizdə haqlı olduğunu çatdırmağa çalışıb.

Qazaxıstan Etnopolitik Tədqiqatlar İnstitutunun direktoru, politoloq Talqat Kaliyev isə iki ölkənin ortaq tarixinə və mövcud strateji münasibətlərinə diqqət çəkib, bu dəstəyin təbii olduğunu bildirib. Onun sözlərinə görə, Qazaxıstan-Azərbaycan əlaqələri nümunəvi dostluq və qardaşlıq münasibətləri üzərində qurulub. Qazaxıstan davamlı olaraq Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanmasında dəstəyini əsirgəməyib və hər zaman Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bəyan edib. Azərbaycanın qələbədəki uğurunun kökündə isə ən başlıcası onun haqlı olması, beynəlxalq müstəvidə siyasi bacarıqları iqtisadi diplomatiya ilə ustalıqla birləşdirməsi və çox böyük uğurla nəticələnən mühüm əks-hücum əməliyyatı apara bilməsi dayanır.

Tanınmış politoloqlar Kazıbek Maygeldinov, Amangeldi Kurmetulı və digərləri bütün ölkələrin ikinci Qarabağ müharibəsinin səbəb və nəticələrindən, eyni zamanda Azərbaycan tərəfindən tətbiq olunan yeni müharibə strategiyasından öyrənməli olduğunu qeyd ediblər.
Türkiyənin Qazaxıstandakı səfiri Ufuk Ekici 30 il Azərbaycan torpaqlarının işğaldan azad olmasına, ağır və çətin vətən müharibəsində qardaş xalqın qazandığı zəfərinə bütün türk dünyasının səmimi qəlbdən sevindiyini dilə gətirib.

Tədbir çərçivəsində 44 günlük müharibə dövründə Qazaxıstanda və dünyada Azərbaycanın haqq səsinin yayılmasına, Qarabağ münaqişəsi barədə dəqiq və dolğun məlumatların ictimaiyyətə çatdırılmasına, iki xalq arasında dostluq, qardaşlıq münasibətlərinin və həmrəyliyin gücləndirilməsindəki xidmətlərinə, habelə, Azərbaycanın haqq-ədalətin bərpası uğrunda mücadiləsinə verdiyi töhfəyə görə bəzi ictimai xadimlər, bloqerlər, yerli və xarici jurnalistlər mükafatlandırılıb. Onlara Səfirliyin “Fəxri fərman” və “Təşəkkür məktubu” təqdim edilib.

Qeyd edək ki, “Qarabağ – geri dönən xoşbəxtlik” filmi Qazaxıstanda Qarabağ münaqişəsinin tarixində konfliktin səbəbləri, gedişi və nəticələri barədə qazax və rus dillərində qazaxıstanlı rejissorlar tərəfindən çəkilən ilk belə əhatəli sənədli filmdir. Ekran işinin süjet xətti öz ardıcıllığı və dinamikası ilə seçilir, münaqişə barədə Azərbaycanın haqlı mövqeyini geniş ictimaiyyətə çatdıra biləcək dəqiq və dolğun məlumatlarla zəngindir.

Anar
Xəbəri paylaş