Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya tərəfi öhdəliklərini tam yerinə yetirmir



Newscenter.az.28.12.2020. Hadrutda erməni terrorçuları tərəfindən Azərbaycan hərbçilərinə qarşı növbəti təxribat hücumu törədilib. Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri bölgədə anti-terror əməliyyatı keçirir, erməni terrorçularından əsir götürülənlər var. Ordumuzun şəhid verdiyi haqda da xəbərlər yayılıb.

Newscenter.az xəbər verir ki, məsələ ilə bağlı fikirlərini bölüşən beynəlxalq məsələlər üzrə ekspert Yeganə Hacıyevanın sözlərinə görə, bu terror aktından bir gün öncə qondarma qurumun “təhlükəsizlik şurasının katibi” Balasanyan anons etmişdir ki” biz Hadrutu, Əsgəranı qaytaracağıq”. Ekspert hesab edir ki, bu açıqlamadan bir gün sonra Hadrutda edilən terror hücumu ermənilərin planının ərazini yenidən “nəzarət altına almaq” olduğunu təsdiqləyir:

“Ortaya çıxan mənzərə belədir ki, Rusiya sülhməramlıları üçtərəfli Bəyanatın 4 cü bəndini yerinə yetirmir. Qarabağla bağlı üçtərəfli Bəyanatın mətnində dördüncü bəndə deyilir ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti Ermənistan silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq Qarabağa yerləşdirilir. Silahlı erməni yaraqlılarının Azərbaycan Ordusuna hucum etməsinə görə məsuliyyət Rusiya tərəfinin üzərindədir”.

Yeganə Hacıyeva deyib ki, Rusiya tərəfi öhdəliklərini tam yerinə yetirmir , əvəzində ermənilərin təxribatlarında iştirak edirlər:

“Məsələn, dünən Azərbaycanlıların soyqırımının törədildiyi Xocalıda qondarma qurumun Fövqəladə Hallar Təşkilatının rəhbərinin birinci müavini Samvel Petrosyan , Rusiya Fövqəladə Hallar Nazirliyinin işçilərini mükafatlandırıb və orden, medal paylayıb”.

Anar
Xəbəri paylaş