Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

5 203 hərbçi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib



Newscenter.az.29.12.2020. Dekabrın 29-da Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş 5 203 hərbi qulluqçu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.

Təltif edilənlərin 1-i general-leytenant, 15-i polkovnik, 56-sı polkovnik-leytenantdır.
Xəbəri paylaş