Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Neftçalada şəhidlərimizin xatirəsinə ağac əkmə aksiyası keçirilib



Newscenter.az.29.12.2020. Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması, bu istiqamətdə vəziyyətin daha da yaxşılaşdırılması məqsədi ilə Neftçala rayonunda mütəmadi olaraq genişmiqyaslı abadlıq, yaşıllaşdırma işləri həyata keçirilir və bu işlər hazırda davam etdirilir.

Newscenter.az xəbər verir ki, bu istiqamətdə görülən işlərin davamı olaraq dekabr ayının 29-da Milli Qəhrəman Samid İmanovun adını daşıyan küçədə Neftçala Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə koronavirus (COVİD -19 ) pandemiyasını nəzərə alaraq məhdud sayda əməkdaşların iştirakı ilə müxtəlif növ ağac, mövsümi gül kollarının əkilməsi aksiyası keçirilib.

Ağac əkmə aksiyasında Neftçala RİH Başçısı Mirhəsən Seyidov, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon Könüllüləri və fəal gənclər iştirak ediblər. Bu kampaniyada təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində çox saylı tədbirlər və layihələrin həyata keçirilməsi nəzərdə tutulub.

Anar

Xəbəri paylaş