Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ötən il Azərbaycanda yol qəzalarında neçə nəfər həlak olub?



Newscenter.az.25.01.2021. 2020-ci il ərzində respublika ərazisində baş vermiş 1 587 yol-nəqliyyat hadisəsi nəticəsində 696 nəfər həlak olmuş, 1 410 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bakı şəhəri üzrə isə 460 yol-nəqliyyat hadisəsində 169 nəfər ölmüş, 387 nəfər yaralanmışdır.

Hadisələrin analizi göstərir ki, 1 534 yol-nəqliyyat hadisəsi sürücülər tərəfindən (piyadalar tərəfindən - 42) yol hərəkəti qaydalarının pozulması nəticəsində baş vermişdir ki, onların da 656-sı (42,7%) sürücülərin nəqliyyat vasitələrini yüksək sürətlə idarə etməsi, 466-sı (30%) qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə qaydalarının pozulması səbəbindən törənmişdir.

Hadisələrin növləri içərisində piyadanı vurmaq (664 - 41,8%) və toqquşma (529 - 33%) yenə də üstünlük təşkil edir. Həlak olan 696 nəfərdən 320-i piyada, 194-ü sürücü, 158-i sərnişin, 20-si velosipedçi, o cümlədən 131-i qadınlar, 35-i isə uşaq və yeniyetmə olmuşdur.

2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ümumi hadisələrin sayı 283 (-15,1%), ölənlərin sayı 125 (-15,2%) və yaralananların sayı 292 nəfər (-17,2%) azalsa da, bu statistik rəqəmlərin hələ də ciddi narahatlıq doğurduğunu nəzərə alaraq, bütün hərəkət iştirakçılarını diqqətli olmağa, yol hərəkəti qaydalarına riayət etməyə, həm özlərinin, həm də digər şəxslərin həyat və sağlamlığı üçün təhlükə yaratmamağa çağırırıq.
Xəbəri paylaş