Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İşğaldan azad edilən ərazilərdə 2292 hektar sahə minalardan təmizlənib



Newscenter.az.26.01.2021. "Bu günədək Cəbrayıl, Füzuli və Ağdam rayonları üzrə 2 200 hektardan çox əkin sahələri üçün yararlı ərazi mina və partlamamış döyüş sursatlarından tam təmizlənib".

Bunu jurnalistlərə açıqlamasında mühəndis qoşunları komandanın müavini polkovnik Ceyhun Cəfərov deyib.

Onun sözlərinə görə, bu ərazilərin əksər hissəsində ölkə iqtisadiyyatının inkişaf etdirilməsi məqsədilə əkin işləri aparılır: "Əlavə olaraq 92 hektar digər təyinatlı ərazilərdə tam təmizlənmə işləri aparılıb".
Xəbəri paylaş