Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Ordusu döyüş hazırlığını davam etdirir



Newscenter.az.9.02.2021. “Vətən müharibəsi başa çatdıqdan sonra müdafiə naziri tərəfindən təsdiq olunmuş döyüş hazırlığı planına uyğun olaraq hazırda daimi dislokasiya məntəqələrində və işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Ordusu yerləşərək döyüş hazırlığı ilə məşğul olur”.

Bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov deyib.

Onun sözlərinə görə, artilleriya qoşunları da eyni qaydada döyüş hazırlığı ilə məşğul olur: “Qoşunlar yüksək texnoloji silahları mənimsəyir. Şəxsi heyətə həmin silahlar praktiki şəkildə öyrədilir”.
Xəbəri paylaş