Newscenter.az.9.02.2021. Bakı şəhəri Nizami rayonu sakinlərinin Deputat Qərargahıma daxil olan müraciətləri əsasında Milli Məclisin deputatı Könül Nurullayeva növbəti qəbulunu keçirib.
Newscenter.az-a Könül Nurullayevanın Deputat Qərargahından bildirilib ki, həftə ərzində, onlarla vətəndaşın birbaşa, telefon və sosial şəbəkələr üzərindən müraciətlərinə baxılıb, onların bəziləri canlı, digərləri isə onlayn şəkildə qəbul edilib. Millət vəkili seçicilərin qayğıları, problemlərini dinləyib.
Görüşlər zamanı qəbul iştirakçılarını ən çox narahat edən məsələlər məşğulluq, maddi yardım, əmlak mübahisəsi və təmir-abadlıq işləri kimi qiymətləndirilib. Vətəndaşların müraciəti qeydə alınıb və tezliklə müvafiq qurumlara ünvanlandırılacaq.
Anar