Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Elektron Hökumət Portalının mobil əlavəsi fəaliyyətə başlayıb



Newscenter.az.10.02.2021. Bu gündən etibarən yeni hökumət portalı olan my.gov.az Elektron Hökumət Portalının mobil əlavəsi ("myGov") fəaliyyətə başlayıb.

“Report” xəbər verir ki, mobil əlavəni həm “Android”, həm də “iOS” əməliyyat sistemləri üzərindən yükləmək olar.

2019-cu ilin iyunun 1-dən fəaliyyətə başlayan portal bu gün 710 elektron xidmətə çıxışı təmin edir.

Portalın istifadəçilərinin sayı 465 461-dən çox, giriş sayı isə 13 862 887-dən artıqdır.
Xəbəri paylaş