Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlqar Altay yazır: Çevriliş realdır, ya ehtimal?



Newscenter.az.10.02.2021. Millət Vəkili Vahid Əhmədovun bir neçə gün öncəki müsahibəsində ölkəmizdə "hakimiyyət çevrilişi" vurgulu çıxışı, cəmiyyətimizdə ciddi reaksiya və mediada, sosial şəbəkələrdə də müzakirələr doğurub və əsas da çıxışın bu hissəsi:

“Azərbaycanda təmizlənmə prosesi getməlidir. Onu diqqətə çatdırım, Qarabağda rus sülhməramlıları yerləşdiriləndən sonra Azərbaycanda “5-ci kolon” dirçəldi və sanki ikinci bir dəfə nəfəs verildi. “Böyüklərilə” məsləhətləşmələr aparıb, ölkədə bir çox oyunlar qurmağa başladılar. Kifayət qədər pullu və gücülülər dövlət çevirilişi niyyətinə düşdülər”.

Oxucular, izləyicililərimiz bu məsələ barədə bizə yazırlar, soruşurlar. Bununla bağlı şəxsi fikirlərim belədir:
Bəli, Rusiyanın bütün postsovet məkanı respublikaların hakimiyyəti, müxalifəti və cəmiyyətinin içində, onun imeriya maraqlarına xidmət edən "5-ci kolon" şəbəkəsi var. Bu, onun sovetlər dağılandan sonra müstəqilləşmiş dövlətləri öz təsirində və təhdidində saxlamaq üçün mühüm vasitələrdən birisidir. Rusiyanın bu "kolonları" əsasən də, 3 Cənubi Qafqaz respublikasında hər zaman güclü olub. Son illər bir qədər zəifləsə də, Azərbaycanda hələ müvazinətini saxlamaqdadır.

Ancaq, burada bir məsələ var ki, yəni, belə bir təhlükə sağlam fikirli ehtiyatlımı, ya ictimai təşviş, qarışıqlıq, səviyyəsində narahat olma həddindədir? Mən ölkəmizin təhlükəsizlik məsələsini daim diqqət və nəzərdə saxlayan insan kimi öz müşahidə və analizimlə, fikrimi deyim. Bizdəki bu "çevriliş" söhbəti bu saatkı dövr real narahatedici, təşviş vahiməli təhlükə yox, dövlətimiz, xalqımız tərəfdən anındaca önlənə bilən ehtiyatedici ehtimal dərəcəsindədir. Niyə?

1. Bizim dövlət başçısı kifayət qədər həm hərbi, həm siyasi cəhətdən təkmil bir liderdir ki, belə bir çevriliş reallığı olan halda həm öz daxili hakimiyyət, həm xalq-cəmiyyət, həm xarici Azərbaycantərəfli ölkələr, qüvvələr dəstəyini cəmləyib, işə salıb belə bir halın qarşısını alsın. Özü də ki, sərt. Bizim yenicə müharibədən çıxmış igid ordumuz və XTQ və xüsusi xidmət, təhlükəsizlik orqanları da, buna təlim, təkmilli hazırdır.
2. Bizim xalqımız, cəmiyyətimiz 44 günlük müharibədə göstərdi ki, kifayət qədər vətən və milli mənafe sevərdir. Ki, çətin vətən anında, ölkənin rus imperiyası təsiri səxıntısından qopub müstəqilliyi, xalqın qüruru və milli özünütəsdiq kimi çətin, risqli amma, qəti, çürətli yol götürmüş öz prezidentinin sıx yanında olsun, ümummilli təhlükədə.

Yəni, təşviş və həyacan, stresə varmayaq, ancaq bununla belə...
Bununla belə, biz bu gün təbii ki, bir dəqiqə belə arxayınlaşmayaraq nəzəri, ehtimallı təhlükələrə qarşı belə, ehtiyatı əldən verməməliyik. Ölkədə və xüsusən də dövlət hakimiyyəti içində az ya çox dərəcədə hakimiyyət və resurs imkanlı, Azərbaycanı istəməyən təzyiq təhdidli dövlətlərin qarşısında öhdəlikli olan məmurlar, onların "5-ci kolon" şəbəkəsinin olması, dövlətimiz, xalqımız, ölkəmizin suverenliyi üçün daim təhlükə mənbəyidir. Belə davamlı olmaz, ölkə və dövlət üçün.

Biz, Tanrının və talenin bizə bəxş etdiyi dövlət müstəqilliyi kimi tarixi şansımızı boş dayanıb əldən verə bilmərik ki, bizi yenə də 100 illərlə imperiya sıxıntısı altında saxlama niyyətli dövlət gətirib öz Köçəryan, ya Muradov tipli buxovunu vətənimizin boynuna keçirtsin. Qəti yox!
Burada iki yol var, fikrimcə. Ya, həmin məmurlar "silahı" yerə qoyub, təslim olub, Prezident və Xalq qarşısında günahlarını etiraf etməklə istefa verməli, qeyri-qanuni topladıqları vəsait və varidatı dövlətə və xalqa qaytarmalıdırlar. Ya da, vətənsevər dövlət və xalqın birliyində necə, Qarabağ işğalı üzərinə gedildi, elə də bütün antimilli məmurlar, qüvvələrin üzərinə gedilib "tərksilah" edilib, həbslə cəza almalıdırlar. Onlar bilməlidir: tutduqları yol hüquq və vicdanla, vətənə xəyanətdir.

İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri
Xəbəri paylaş