Newscenter.az.11.02.2021. Fevralın 21-25-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Gulfood 2021” beynəlxalq qida sərgisi keçiriləcək.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında İxracın və İnvestisiyaların Təşviqi Fondunun məlumat yayıb.
Məlumata görə, sərgidə Fondun təşkilatçılığı ilə qida sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətləri öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirəcək. Bununla da, Azərbaycan 5-ci dəfə “Gulfood” beynəlxalq ərzaq sərgisində təmsil olunacaq.