Newscenter.az.11.02.2021. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti vətəndaşlar üçün yeni imkanlar yaradıb. Xidmətdən Newscenter.az-a bildirilib ki, DANX-ın rəsmi saytında onlayn müraciət bölməsinə adınızı, soyadınızı və elektron poçt ünvanınızı qeyd etməklə, şikayət, təklif və müraciətinizi ünvanlaya bilərsiniz.
Müraciətə baxılması müddətinə əsasən, vətəndaşların sorğularına ən geci 15 iş günü müddətində baxılır. Əgər məlumatın verilməsi barədə müraciətə qeyd olunan müddətdə baxılması nəticəsində lazım olan məlumat öz əhəmiyyətini itirə bilərsə, həmin müraciətə dərhal, bu mümkün olmadıqda isə müraciət daxil olduğu andan 24 saat keçənədək baxılır.
Qeyd edək ki, sosial şəbəkə hesabları üzərindən edilən müraciətlər bəzən rəsmi ad və soyad qeyd edilmədən ünvanlandığı üçün, həmin müraciətlərdə bizdən tələb olunan informasiya tərəfimizdən Sizə təqdim edilə bilmir. Ona görə də rəsmi ad və soyadınızı qeyd etməklə veb-sayt üzərindən müraciətləriniz daha operativ formada cavablandırılacaq.
Sevinc