Newscenter.az.11.02.2021. Azərbaycanın işğaldan azad edilən ərazilərində zərərsizləşdirilmiş daha 4 erməni hərbçinin meyiti tapılıb.
“Report” xəbər verir ki, bu barədə qondarma rejimin “Fövqəladə Vəziyyət üzrə Dövlət Xidməti”ndən bildirilib.
Meyitlər işğaldan azad olunan Füzuli rayonunda aşkarlanıb.
Meyitlər tanınmaz halda olduğu üçün kimliklərini müəyyənləşdirmək mümkün olmayıb. Ona görə də məhkəmə-tibbi ekspertizası təyin olunub.
Axtarış işləri bu gün Hadrut istiqamətində davam etdiriləcək.
Qeyd edək ki, indiyədək döyüş bölgəsindən 1 371 erməninin qalıqları aşkarlanıb.