Newscenter.az.12.02.2021. Deputatların toxunulmazlıq hüququ yalnız məhkəmə qaydasında olan inzibati xətalarla bağlı qüvvədə olur.
Azərbaycan Respublikası Konstitusiyasının 90-cı maddəsinə görə, Azərbaycan Respublikası Milli Məclisinin deputatı səlahiyyət müddəti ərzində cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz.
Yəni məhkəmə qaydasında olan inzibati xətalarla bağlı onlar məsuliyyətə cəlb edilə bilməz.
Ancaq digər orqanlar da inzibati xətalara baxır və tənbeh tədbirləri seçirlər. Məsələn, Ekologiya Nazirliyi, Daxili İşlər Nazirliyi, Mərkəzi Bank, müvafiq icra hakimiyyəti orqanları da inzibati tənbeh tədbirləri görə bilərlər.
211-ci maddəyə gəldikdə isə, İnzibati Xətalar Məcəlləsində 211.1-ci maddəyə məhkəmə baxır.
211.2 – Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmaması halına isə məhkəmə baxmır. Deputat bu maddə üzrə toxunulmazlıq hüququndan istifadə edə bilməyəcək. Polis ona 211.1 maddəsi üzrə protokol tərtib edib məhkəməyə işi göndərə bilməz. Artıq orada onun toxunulmazlığı hüququndan istifadə olunacaq.
Məhkəmə qaydasında olan tənbehlər bir qədər ağır - həbslə nəticələnən xətalar və ya cinayətlər olur. Bu halda müəyyən rəsmiləşdirmə işləri gedir, prokuror təlimat göndərir, araşdırma aparılır, deputatın mandatı əlindən alınır. Bu, ağır proses olduğuna görə, deputatməhkəmə qaydasında cərimələnməyib.
Əli İbrahimov-hüquqşünas