Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ekspert: "İlk növbədə Dağlıq Qarabağın içini – Şuşa və Hadrutu məskunlaşdırmalıyıq ki,..."



Newscenter.az.12.02.2021. "İşğaldan azad olunmuş ərazilərdə minaların təmizlənməsi vaxt alacaq. Bu aydındır. Ancaq müxtəlif ölkələrin müasir texnologiyalarını tətbiq etməklə minaların təmizlənməsi prosesini sürətləndirmək mümkündür".

Newscenter.az xəbər verir ki, bu fikirləri "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu səsləndirib. O, qeyd edib ki, işğaldan azad olunmuş bölgələrə müasir texnoloji qurğular cəlb olunub:

"Əlbəttə, insan həyatı vacibdir. Ancaq minaların təmizlənməsi prosesini sürətləndirməklə bizim üçün vacib olan köçürülmə prosesini də sürətləndirmək imkanı qazanacağıq. Birinci, növbədə Dağlıq Qarabağın içini – Şuşa və Hadrutu məskunlaşdırmalıyıq ki, əhalinin nisbətini dəyişə bilək. Xankəndi, Xocalı və hələ ki, işğal altında olan digər ərazilərimizin də məskunlaşması planlarını tərtib etməliyik. Əsas odur ki, proses başlayıb və böyük fasilə götürmək olmaz".

Mehman
Xəbəri paylaş