Newscenter.az.12.02.2021. "Əli Kərimlinin eqoizmi və şəxsinə vurğunluğu o həddə çatıb ki, artıq özünü bütün müxalifətin “lideri” kimi təqdim etdirir. Məsələn, elə ötən gün Qənimət Zahid youtube kanalında Əli Kərimlini AXCP sədri kimi deyil, Azərbaycan müxalifətinin "lideri" olaraq təqdim edib".
Newscenter.az xəbər verir ki, bu fikirləri hüquqşünas Əli İbrahimov səsləndirib. Onun sözlərinə görə, Qənimət Zahid bunu özbaşına etmir və edə də bilməz:
"Görünür, Əli Kərimlinin liderlilik hərisliyi o qədər qıcqırıb ki, o artıq özünü “müxalifət lideri” təqdimatında görmək istəyir.
Sual yaranır ki, həqiqətənmi Əli Kərimli bütün müxalifətin lideridir? Əli Kərimli müxalifət lideridirsə, o zaman özlərini "müxalifət" adlandıranlar da Əli Kərimlidən taprışıq alır? Yaxud digər partiyaların siyasətini o müəyyənləşdirirmi? Əslində, Əli Kərimlinin bu cür addımlara getməsi yeni deyil. O, özünü bir ara trollarına "dövrün peyğəmbəri", "əsrin Rəsulzadəsi" adlandırmağa da məcbur edirdi. Əgər yaxın vaxtlarda Əli Kərimli özünü “müxalifət kralı” adlandırarsa, heç də təəccüblənməyin".
Hüquqşünasın qənaətincə, bu gün ictimai fikir belədir ki, Əli Kərimli müxalifət lideri yox, AXCP adlı dərnəyin rəhbəridir:
"O dərnək ki, fəaliyyətləri sosial şəbəklərdə trolluq etməkdən ibarətdir. Onların real siyasətdə və cəmiyyətdə yeri yoxdur".
Mehman