Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Münxen konfransı əyani formatda keçiriləcək



Newscenter.az.12.02.2021. Münxen Təhlükəsizlik Konfransı (MSC) qarşıdakı aylar ərzində əyani formatda keçiriləcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə MSC-nin nümayəndəsi Teresa Fuks bildirib.

Onun sözlərinə görə, fevralın 19-da keçiriləcək tədbir konfransı əvəzləməyəcək, onun “xüsusi versiyası” olacaq.

Dünən DPA xəbər verib ki, MSC-2021 fevralın 19-da video formatda keçiriləcək və ABŞ Prezidenti Cozef Bayden də iştirak edəcəyini təsdiqləyib.

“Prezident Baydenin iştirak edəcəyini təsdiqləyirəm”, – T.Fuks bildirib.

Xatırladaq ki, ilkin olaraq fevralın 19-21-nə təyin edilmiş konfrans sonradan qeyri-müəyyən müddətə təxirə salınmışdı.
Xəbəri paylaş