Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Xocalı soyqırımını unutmayaq” adlı layihə müsabiqəsi elan edildi



Newscenter.az.12.02.2021. “Xocalıya ədalət!” Beynəlxalq Maarifləndirmə Kampaniyası ( Justice for Khojaly Campaign ) çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondu və “Regional İnkişaf” İctimai Birliyi ( Regional İnkişaf - RİİB ) Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması və təbliği məqsədilə gənclər üçün “Xocalı soyqırımını unutmayaq” adlı layihə müsabiqəsini elan edir.
Newscenter.az-a daxil olan xəbərə görə, müsabiqəyə mövcud karantin rejiminin tələblərinə uyğun olaraq sosial platformalar üzərindən Xocalı soyqırımı həqiqətlərini geniş auditoriyaya çatdıracaq layihələr qəbul edilir.

Müsabiqədə iştirak etmək istəyənlər layihə təkliflərini 22 fevral tarixinədək “GəncApp” mobil tətbiqi üzərindən təqdim edə bilərlər. Bir iştirakçı bir neçə layihə təklifi təqdim edə bilər. Münsiflər heyətinin qiymətləndirməsi əsasında ən yaxşı 10 layihənin maliyyələşdirilməsi (hər biri 1000 manat məbləğində) nəzərdə tutulur.

Müsabiqə ilə bağlı suallar (+99412) 4989590 və (+994 12) 5050150 əlaqə telefonları ilə, eyni zamanda, rəsmi elektron poçt ünvanları ([email protected], [email protected]) ilə cavablandırılır.

Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilmiş “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasının məqsədi Xocalı soyqırımı, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönəlib. Kampaniyanın fəaliyyəti nəticəsində dünyanın 16 ölkəsi, ABŞ-ın 24 ştatı və İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Xocalıda törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qətnamələr qəbul edilib.

Mehman
Xəbəri paylaş