Azərbaycan tankçıları yeni tədris ilində ilk döyüş atışlarını icra ediblər-VİDEO
Tarix: 15-02-2021, 19:11
Newscenter.az.15.02.2021. Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun tank bölmələrinin şəxsi heyətinin döyüş mərmiləri ilə yoxlama atışları üzrə məşğələləri keçirilib.
Müdafiər Nazirliyindən Newscenter.az-a verilən məlumata görə, atışlar zamanı müxtəlif məsafələrdə quraşdırılmış hədəflər dəqiq atəşlə məhv edilib.