Newscenter.az.15.02.2021. ATƏT-in hazırki sədri, İsveçin xarici işlər naziri Ann Linde fevralın 16-da Gürcüstana, bir gün sonra Moldovaya səfər edəcək. ATƏT sədrinin Azərbaycana və Ermənistana səfəri nəzərdə tutulmayıb.
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən "Atlas" Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu deyib ki, bu doğru qərardır:
"Bizim üçün ATƏT və onun həmsədrləri mövzusu qapanıb. Gəlib nə təklif edəcəklər? Yeganə təklifləri “statusdur” ki, bu bizi maraqlandırmır. Ona görə də ATƏT sədri Bakıda və İrəvanda mənasız danışıqlar aparmamaq üçün Cənubi Qafqaz ölkələrindən yalnız Gürcüstanda olacaq, Abxaziya və Cənubi Osetiya mövzularını müzakirə edəcək. Halbuki, heç bu münaqişələrin həllində də irəriləyiş yoxdur və çətin ki, gələcəkdə də olsun".
Mehman