Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BMU-da qış imtahan sessiyası başa çatıb



Newscenter.az.15.02.2021. Bakı Mühəndislik Universitetində (BMU) payız semestrinin qış imtahan sessiyası başa çatıb. Newscenter.az-a təhsil ocağından bildirilib ki, sessiya ərzində tələbələr ümumilikdə 1327 imtahan veriblər. Bu imtahanların 60 %-i şifahi sorğu, 40 %-i isə test formasında təşkil olunub. İmtahanlarda tələbələr yüksək fəallıq nümayiş etdiriblər.

Sessiya dövründə BMU-nun rektorluğu prosesi diqqət mərkəzində saxlayıb, eyni zamanda universitetin Distant Təhsil və Keyfiyyətin Təminatı Mərkəzi tərəfindən imtahanlara mütəmadi onlayn nəzarət həyata keçirilib.

İmtahanların nəticəsinə əsasən bakalavriat səviyyəsi üzrə tələbələrin 30 %-i 51-100 bal, 48 %-i 71-100 bal, 17 %-i 91-100 bal ilə, magistratura səviyyəsi üzrə tələbələrin 20 %-i 51-100 bal, 58 %-i 71-100 bal, 19 %-i 91-100 bal ilə qiymətləndirilib.

Qış imtahan sessiyasının şəffaf və mövcud qaydalara uyğun keçirilməsi məqsədilə bütün tədbirlər yüksək səviyyədə təşkil olunub. Tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflıq, qərəzsizlik və obyektivlik tam şəkildə təmin edilib.

Tələbələrin müraciətlərinin operativ araşdırılması məqsədilə Apelyasiya Komissiyası fəaliyyət göstərib. Apelyasiya Komissiyasına indiyə kimi 37 müraciət daxil olub. 4 tələbənin qiymətində müvafiq dəyişiklik edilib, digər 33 nəfərin qiyməti isə olduğu kimi saxlanılıb.

R.Mehdiyeva
Xəbəri paylaş