Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Goranboyda vətəndaşları qəbul etdi-FOTOLAR



Newscenter.az.15.02.2021. 96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayonu Heydər Əliyev Mərkəzində növbəti dəfə vətəndaşları qəbul edib.

Newscenter.az xəbər verir ki, hər ay mütəmadi olaraq vətəndaşları qəbul edən deputat onların təklif və şikayətlərini dinləyib. Qəbula gələn vətəndaşlar tərəfindən səsləndirilən müraciətlər əsasən, məşğulluq, sosial məsələlər, işıq, su xətlərinin çəkilməsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı müraciətlər olub.

Anar Məmmədov müraciət edən vətəndaşları təkbətək dinləyərək qeyd edilən problemlərin həlli istiqamətində müvafiq addımlar atılacağını və müraciət edən vətəndaşları narahat edən bəzi problemlərin aradan qaldırılması məqsədilə aidiyyatı üzrə müvafiq orqanlara müraciətlər ediləcəyini bildirib.

Həmçinin qəbul zamanı pandemiya vəziyyəti ilə bağlı mövcud məsələlər müzakirə edilib və vətəndaşlara karantin rejiminin şərtllərinə əməl etmələri, eyni zamanda vaksinasiya olunmaları tövsiyə olunub. Qəbula gələnlər belə çətin vaxtda onların müraciətlərinin dinlənilməsindən razılıqlarını ifadə edərək ölkədə, o cümlədən Goranboy rayonunda həyata keçirilən müxtəlif sosial layihələrə, abadlıq-quruculuq işlərinə görə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

Mehman
Xəbəri paylaş