DİN-də mühüm dəyişiklik
Tarix: 15-02-2021, 10:32
Newscenter.az.15.02.2021. Daxili işlər orqanlarının Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fondunun direktoru, polis polkovniki Sadiq Gözəlov vəzifəsindən azad edilib.
Bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, S.Gözəlov işdən çıxarılıb. Onun yerinə hələlik təyinat yoxdur.