Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünyada COVID-ə yoluxma hallarının sayı 108,8 milyonu keçib



Newscenter.az.15.02.2021. Pandemiyanın başlanğıcından bəri dünyada koronavirusa yoluxma ilə bağlı aşkar edilmiş halların sayı 108 812 060 təşkil edir.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Cons Hopkins Universiteti məlumat yayıb.

Qeyd edilir ki, dünyada COVID-19-dan ölənlərin sayı 2 399 789 nəfərə yüksəlib, 80 milyondan çox insan sağalıb.

Koronavirusa yoluxma hallarının 5 milyon və daha çox olduğu ölkələrin siyahısına ABŞ, Hindistan və Braziliya daxildir. ABŞ dünyada yoluxma və ölüm saylarına görə birincidir. Bu ölkədə 27 639 538 nəfərdə COVID-19 aşkarlanıb, 485 322 ölüm qeydə alınıb, təxminən 18 milyon insan sağalıb.

Dünyada COVID-19-a yoluxma hallarının sayına görə ikinci yerdə Hindistan qərarlaşıb. Bu ölkədə 10 916 598 nəfər koronavirusa yoluxub, 155 732 nəfər COVID-19 qurbanı olub, 11 milyona yaxın insan isə virusdan sağalıb.

Braziliyada isə pandemiya zamanı 9 834 513 yoluxma qeydə alınıb, 239 345 nəfər ölüb, 8,7 milyondan çox COVID-19 pasiyenti sağalıb.
Xəbəri paylaş