Newscenter.az.15.02.2021. Ermənistan ərazisində yenidən 3,3 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Ermənistan fövqəladə hallar nazirliyinin regional seysmik mühafizə xidmətinin seysmoloji mərkəzi məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 22:27-də Şorza kəndindən beş kilometr şimal-şərqdə zəlzələ baş verib.
Zəlzələnin dərinliyi 10 kilometr olub, episentrdəki yeraltı təkanların gücü 4-5 bala çatıb.
Yeraltı təkanlar Sevan, Abovyan, Dilican və İcəvan şəhərində hiss olunub.