Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rəsmi Bakı Türkiyənin anti-terror əməliyyatlarına siyasi dəstək verməlidir



Newscenter.az.15.02.2021. Türkiyənin PKK terror təşkilatına qarşı Şimali İraqda keçirdiyi "Pəncə-2" anti-terror əməliyyatı bütövlükdə bu təşkilata ciddi zərbə vurub. Demək olar ki, Türkiyənin Cənub-Şərqində Diyarbəkir, Mardin, Hakkaridə PKK-nın fəaliyyətinə son verilib. PKK terror təşkilatının 13 Türkiyə vətəndaşını qətlə yetirməsi göstərir ki, bu təşkilat artıq İŞİD ssenarisinə əl atır. PKK-nın mülki insanları hədəfə alması, artıq kürd vətəndaşların da bu terror təşkilatı ilə əlaqələrini kəsməsinə gətirib çıxaraq.

Türkiyə hakimiyyətinin İraq mərkəzi hakimiyyəti və regional kürd muxtariyyəti ilə yüksək əlaqələri nəticəsində PKK-nın Şimali İraqda varlığına son qoyulacaq. Növbəti anti-terror əməliyyatı Şimali Suriyada YPG terror təşkilatına qarşı gözlənilir. ABŞ prezidenti C. Bayden Suriyada YPG terror təşkilatına növbəti silah partiyası göndərib. Nəzərə alsaq, Suriyada İŞİD varlığına son qoyulub və bu silahların göndərilməsi sual doğurur. Bu silahlar Türkiyəyə qarşı istifadə ediləcək və Vaşinqtonun əsas strategiyası Şimali Suriyada kürd anklavını gücləndirib, yeni muxtariyyət qurmaqdı. Burada əsas problem Vaşinqtonun bunu YPG terror təşkilatı vasitəsi ilə qurmasıdır. Vaşinqtonda yeni administrasiya anti-Türkiyə komandasından ibarətdiir və qarşıdakı dörd il ərzində Vaşinqton -Ankara arasında ciddi konfliktlər qaçılmazdır.

C. Bayden administrasiyası YPG/ PKK terror təşkilatı üçün Şimali Suriyada silahlı kvazidövlət qurur. Şimali İraqda qurulan kürd muxtariyyəti ilə ABŞ -ın Şimali Suriyada qurmaq istədiyi muxtariyyət arasında məhz fərq bundan ibarətdir. Türkiyənin iradəsinə zidd Bayden adminstarsiyası şimali Suriyada YPG /PKK terror təşkilatı üçün muxtariyyət qura bilməyəcək.

ABŞ YPG -nı İŞİD-ə qarşı hərbi əməliyyatlarda müttəfiqi hesab edir. Bundan istifadə edən C. Bayden Suriyada Türkiyəyə qarşı yeni cəbhə açır. Türkiyə məhz Şimali Suriyada YPG terror təşkilatına qarşı yenidən hərbi əməliyyatlar apara bilər. İsrail də bu porsesdə Ankaranı dəstəkləyəcək. Çünki, C. Baydenin Yaxın Şərq siyasəti İsraili narahat edir və Təl-Əviv Anakara ilə yaxınlaşmaq kursu götürüb. Türkiyə Suriyada YPG terror təşkilatının inkişafının qarşısnı alacaq və burada Türkiyənin ərazi bütövlüyünü və milli təhlükəsizliyini təhdid edən YPG üçün planlaşdırılan kvazidövlətin qurulmasına imkan verməyəcək.

Rəsmi Bakı Türkiyənin anti-terror əməliyyatlarına siyasi dəstək verməli və PKK/ YPG-ni terror təşkilatı kimi tanınmasını rəsmən elan etməlidir. Milli Məclisdə bununla bağlı qərar labüddür.

Məhəmməd Əsədullazadə-Milli Cəbhə Partiyasının sədr müavini
Xəbəri paylaş