Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə Prezidenti: "Türk ordusu qarşısında nə terror təşkilatı, nə də əlaltılar dayana bilər"



Newscenter.az.15.02.2021
. “Ordumuzun zaman və məkan məhdudiyyəti tanımadan ölkəmizin ehtiyac duyduğu lazım olan hər hərəkatı öz imkanları ilə həyata keçirmək səviyyəsinə çatması ilə qürur duyuruq”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

“Hər ötən ildə dağlarda inkişaf edən qabiliyyətləri, təchizatı, texnologiyası, canlı qüvvəsi ilə türk ordusunun qarşısında nə terror təşkilatı, nə də əlaltıları dayana bilər. Əsgərimizin qarşısında dayana bilməyən terror təşkilatı alçaqlıqda sərhəd tanımır”, - dövlət başçısı bildirib.
Xəbəri paylaş