Newscenter.az.16.02.2021. Azərbaycanda bu gün koronavirus infeksiyasına 140 yeni yoluxma faktı qeydə alınıb, 191 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Bildirilib ki, son sutkada 2 nəfər COVID-19-dan vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 232 337 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 226 951 nəfər müalicə olunaraq sağalıb, 3 185 nəfər vəfat edib. Hazırda 2 201 aktiv xəstə var.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7631 , bu günə qədər isə ümumilikdə 2 513 636 test icra olunub.