Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu gün Əfv Komissiyasının iclası keçiriləcək



Newscenter.az.16.02.2021. Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı, komissiyanın üzvü Fazil Mustafa deyib.

O bildirib ki, toplantı videokonfrans formatında keçiriləcək: “İclasda komissiyaya daxil olan müraciətlərə baxılacaq”.

“Komissiya indi toplanıb müraciətlərə baxırsa, demək Novruz bayramı ərəfəsində ölkə Prezidenti tərəfindən əfv sərəncamının imzalanması mümkündür”,- F.Mustafa vurğulayıb.
Xəbəri paylaş