Newscenter.az.16.02.2021. Çində saxta koronavirus peyvəndi istehsal edən və satan 78 nəfər həbs olunub.
Newscenter.az xəbər verir ki, həbs olunanlardan bir qrupu 58.000 vaksin şüşəsində vaksin əvəzinə duzlu və ya mineral suyu sataraq 2.8 milyon dollar gəlir əldə edib.
Digər saxlanılanlar isə saxta peyvəndləri xəstəxanalara apararaq, yüksək qiymətə satıb, bir qismini isə qaçaq şəklində Afrikaya göndəriblər.