Newscenter.az.16.02.2021. Milli Məclisin deputatı Könül Nurullayeva”Millət Vəkilləri üçün Qlobal Məqsədlər” və BMT-nin təşəbbüsü ilə yaradılmış “Dayanıqlı İnkişaf Məqsədləri 2030” vebinar silsiləsində iştirak edib.
Newscenter.az xəbər verir ki, sözügedən sessiyanın gündəliyində günümüz üçün ən vacib olan COVİD-19 pandemiyası dövrü, eləcə də bərabərlik və dayanıqlı inkişafın bərqərar edilməsi məsələsini müzakirə edilib:
“Sessiya “Dayanıqlı İnkişaf Həlləri” təşkilatının prezidenti, dünyaca məşhur professor Cefrey Saksın çağırışı ilə başlayaraq, Lanset COVİD-19 işçi qrupunun sədri cənab Hotezin, UNİTE təşkilatının yaradıcısı və prezidenti Dr. Leitenin, BST 2030 Siyasi məşvərət şurasının üzvü xanım Kuevasın, İPA təşkilatının qurucusu və sədri cənab Kleinşmitin, Qlobal Məqsədlər üçün Parlamentçilər forumunun prezidenti xanım Brosbolun və dünyanın dörd bir yanından bir araya toplanmış parlamentçilərin nitq, müzakirə və təklifləri ilə davam etdi. Mən də öz növbəmdə çıxış edərək ölkəmizdə pandemiyaya qarşı həyata keçirilən uğurlu siyasətdən və hazırki vaksinləşmə prosesindən bəhs etdim, pandemiya dövrünün yaratdığı qlobal problemlər və bərabərsizlik haqqında söz açdım, dayanıqlı inkişafa aparan uyğun həll yolları ilə bağlı təkliflərimi auditoriyanın diqqətinə çatdırdım”.
R.Mehdiyeva