Newscenter.az.16.02.2021. “Rusiya prezidenti V. Putin pos-sovet məkanında Rusiyanın təsirinin artdığını qeyd etməklə, əsasən, Kremlin məhz bundan sonra, bu istiqamətdə daha da fəal siyasət aparacağı mesajını vermiş oldu. Rusiya ABŞ -da C. Baydenin hakimiyyətə gəlməsndən sonrai, Vaşinqtonun post-sovet ölkələrində fəaliyyətinin artacağından narahatdır və Kreml rəhbərliyi məhz bu siyasəti qabaqlamaq kursu götürüb”.
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, qeyd edib ki, Rusiya kifayət qədər MDB məkanında mövqelərini əldən verib:
“Buna səbəb qonşularına qarşı təzyiq və qarşılıqlı etimad formalaşdırmamasıdır. Ona görə də Ukrayna, Mərkəzi Asiya ölkələri, Cənubi Qafqazda Rusiya əhəmiyyətli şəkildə problemlərlə üzləşib. Rusiyanın bundan sonra ABŞ -la bu regionda növbəti qarşıdurmaya gedəcəyi gözlənilir. ABŞ kifayət qədər bu istiqamətdə Moskvanın fəaliyyətinə mane olacaq. Ukrayna, Moldova, Gürcüstanda Rusiya Qərbə məğlub olub. Cənubi Qafqaz və Mərkəzi Asiyada Moskva qismən təsir gücünü saxlamaqdadır”.
Politooloq deyib ki, Son Qarabağ müharibəsində Rusiyanın regionda mövqeyini gücləndirməyə çalışmasaına baxmayaraq, növbəti əngəllərlə üzləşdi:
“Qarabağ məsələsində Qərbi bu prosesdən uzaqlaşdırsa da, Ankara ilə hesabalaşmalı oldu. Ona görə də Cənubi Qafqazda məhdud sayda təsir gücünə malikdir. Gürcüstanda ABŞ, Azərbaycanda Türkiyə ilə qarşı-qarşıyadır. Ermənistanda isə, təkbaşına olsa da burada da ABŞ -la növbəti qarşıdurma gözlənilir. Ermənistan hakimiyyətinin anti-Rusiya siyasətini nəzərə alsaq proses dumanlı görünür. V. Putinin Rusiyanın post-sovet məkanıənda təsir gücünün artmasını qeyd etməsi, sadəcə növbəti mərhələ üçün bir mesajıdır. Azərbaycan Türkiyə ilə fəal istiqamətdə çalışmalı, Rusiyanın artan mövqeyini neytrallaşdırmalıdır. Rusiya bundan sonra aktiv şəkildə qonşularının daxili işlərinə müdaxilə edəcək”.
Mehman