Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

YAP Oğuz rayon təşkilatı keçən ilki fəaliyyəti ilə bağlı hesabat toplantısı keçirib-FOTOLAR



Newscenter.az.16.02.2021. Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatı 2020-ci ildəki fəaliyyəti ilə bağlı hesabat toplantısı keçirib

Newscenter.az xəbər verir ki, hesabat yığıncağa başlamazdan əvvəl iştirakçılar Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda həlak olmuş Şəhidlərmizin xatirəsi 1 dəqiqəlik sükutla yad ediblər.

Hesabat toplantısında YAP ın Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov çıxış edərək, hakim partiyanın yerli təşkilatının bir il ərzindəki fəaliyyətindən söz açıb. Saleh Məhərrəmov çıxışında qeyd edib ki, müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsndə YAP siyasi bir təşkilat olaraq istənilən tapşırıq və çağrışlarda fəal iştirak edib.

Bildirilib ki, ötən il pandemiya ilə əlaqədar olaraq YAP Oğuz rayon təşkilatının gənc fəalları əhalinin marifləndirilməsində, eləcə də gənc könüllülər ehtiyacı olan vətəndaşlara zəruri ərzaq vasitələrinin, yardımların çatdırılmasında fəal iştirak dib. Vətən müharubəsində əhalinin əsgərlərə sovqatının çatdırılmasında YAP ın Oğuz rayon təşkilatının əməkdaşları, xüsusilə gənclər bu işdə yaxından iştirak edib.

Daha sonra hesabat toplantıda millət vəkili Aydın Hüseynov çıxış edərək YAP-ın ölkəmizdə uğurlu siyasi fəaliyyətindən söz açıb. Deputat qeyd edib ki, YAP ın gənc üzvləri sosial şəbəkələrdə fəal iştirak etməli, daxildə və xaricdə olan düşmənlərmizin apardığı qarayaxma, şər, böhtan xarakterli informasiyaya qarşı mübarizə aparmalıdırlar. Millət vəkilindən sonra çıxış edən YAP-ın gənclər şurasının üzvü Elşən Alcansoy, eləcə də hesabat yığıncaqda çıxış edən digərlər YAP-ın Oğuz rayon təşkilatının 2020-ci ildəki fəaliyuətini qənatbəxş hesab ediblər və qarşıdakı ildə daha aktiv fəaliyyət göstərilməsi tövsiyyə olunub.

Hesabat yığıncaqda çıxışçılar tərəfindən bildirilib ki, Ulu Öndər Heydər Əliyevin imzasl ilə yaradılmış YAP bu gün partiyanən sədri, Cənab Prezident İlham Əliyevin siyasi iradəsi müdrikliyi sayəsində xalqln inam və etimadını qazanıb, rəqibi olmayan siyasi bir təşkilata çevrilib. Partiyanın əsas məqsədi xalqın milli maraqlarına xidmət edən fəaliyyət göstərib dövlətçiliyimizin möhkəmləndirilməsi yolunda əbədi sabitliyin qorunub saxlanılmasıdır.

Mehman
Xəbəri paylaş