Newscenter.az.17.02.2021. Ölkə ərazisində hava şəraitinin dəyişəcəyi barədə verilən məlumatdan irəli gələrək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi gücləndirilmiş iş rejimində çalışacaq.
Newscenter.az-ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, Birliyin bütün müvafiq strukturlarına baş direktor Ruslan Əliyev tərəfindən lazımi tapşırıqlar verilib.
Təbii qazın təlabata uyğun düzgün rejimlərdə paylanılması diqqətdə saxlanılacaq. Qaz şəbəkəsində vacib təmir prosesləri bu günlərdə təxirə salınıb. Qəza, qaz sızması, qaz sayğacları ilə bağlı nasazlıqlar ortaya çıxarsa, operativ şəkildə aradan qaldırılacaq. Artıq növbəlilik tətbiq edilib, Birliyin aidiyyatı strukturlarında müəyyən sayda əməkdaşlar iş başında olacaq.
Abonentlərin nəzərinə çatdırılır ki, qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı dərhal 104/185 saylı Çağrı Mərkəzinə məlumat versinlər. Bundan başqa (+99477) 3 104 104 saylı daim aktiv rejimdə çalışan "Whatsapp" nömrəsinə, “Azəriqaz”ın sosial şəbəkə ünvanlarına mesajlarını göndərə bilərlər.
Sevinc