Newscenter.az.17.02.2021. “Yeyinti məhsulları haqqında” qanunun 7-ci maddəsinə əsasən ötən gün qida məhsulları sahəsində fəaliyyət göstərən 63 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.
Newscenter.az xəbər verir ki, qeyd edilən tarixdə 3 sahibkarlıq subyektində aparılan təftiş və ekspertiza nəticəsində həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.
Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:
S/S
Subyektin adı
Fəaliyyət istiqaməti
İmtina səbəbi
1
RAULİ BABACANAŞVİLİ QEORQİYEVİÇ
İstehsal
Müvafiq sahə üzrə fəaliyyət həyata keçirilmir
2
ZAUR HƏSƏNOV ELXAN OĞLU
Topdan satış
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil
3
"X.B İMPORT" Məhdud Məsuliyyətli Cəmiyyəti
İstehsal
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil
Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.