Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlham Məmmədov: “Horadiz -zengilan -agbənd demir yolu inşasi boyuk qayidisimizin simvoludur”



Newscenter.az.17.02.2021. “1-ci Qarabağ müharibəsi zamanı Azərbaycanın bir çox əraziləri erməni təcavüzkarlarının həyata keçirdiyi vandalizm aktı nəticəsində dağıdılmış və həmin ərazilərdəki tarixi-memarlıq abidələri ilə yanaşı nəqliyyat infrastrukturu da iflic vəziyyətə düşüb . Horadiz-Zəngilan-Ağbənd dəmiryolu xətti də məhz 1-ci Qarabağ müharibəsindən öncə fəaliyyət göstərsə də, münaqişə zamanı tamamilə sıradan çıxıb”.

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı İlham Məmmədov səsləndirib. O, qeyd edib ki, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun mənfur düşmənlərimizi məğlub edərək qazandığı möhtəşəm Qələbə XXI əsrin Şanlı Zəfər Qələbəsi kimi Azərbycan tarixinin səhifələrinə qızıl hərflərlə həkk olundu:

“Bildiyimiz kimi dövlət başçısı cənab İlham Əliyevin daim beynəlxalq platformalarda,həmçinin Minsk Qrupunun lider ölkələrinin rəhbərləri ilə ikitərəfli və çoxtərəfli formatda olan görüşləri zamanı səsləndirdiyi fikirlər " Qarabağ Azərbaycandır! Biz ərazilərimizi işğaldan azad edəcək və həmin əraziləri dirçəldib,yenidən bərpa edəcəyik" ifadəsi bu gün əməli olaraq sübuta yetirilib. 44 günlük Vətən müharibəsindən sonra dövlətimiz üçün qarşıda duran prioritet məsələlərdən biri də işğaldan azad olunan ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, bu bölgələrin təhlükəsizliyinin təmin edilməsi və soydaşlarımızın öz doğma dədə-baba yurdlarına qaytarılması məsələsi olub. Bununla bağlı ilk növbədə yol infrastrukturunun bərpası işləri həyata keçirildi və cənab Prezidentin sərəncamına uyğun olaraq Şuşaya avtomobil yolunun çəkilməsi ilə prosese start verildi”.

Deputat deyib ki, Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla xanım Əliyevanın 14 fevral 2021-ci il tarixdə növbəti dəfə Füzuli, Cəbrayıl, Laçın,Zəngilan rayonlarına səfəri zamanı, Ölkə başçısının Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xəttinin təməlini qoyması böyük tarixi hadisələrdən biri oldu:

“Belə ki, bu dəmir yolu xətti həm uzun müddət sonra azad edilmiş torpaqlara vətəndaşların gəlməsini, yüklərin daşınmasını, həm də Naxçıvanla əlaqəni təmin edəcəkdir.Beləliklə Azərbaycan və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası dəmir yolu xətti ilə bir-birinə bağlanacaq, ölkəmizin strateji, iqtisadi və siyasi məqsədləri həyata keçiriləcək. Xüsusilə qeyd etmək istərdim ki,ümumi uzunluğu 100 km olan Horadiz-Zəngilan-Ağbənd dəmir yolu infrastrukturu Türkiyəyə qədər uzanacaq və Azərbaycanı BTC-dən sonra qardaş Türkiyə ilə birləşdirəcək ikinci dəmir yolu şəbəkəsi olacaq. Bu isə Azərbaycan və Türkiyə dövlətlərinin ictimai-siyasi,sosial-iqtisadi və digər bütün sahələrdə olduğu kimi bu istiqamətdə də etibarlı tərafdaş,daim dostluq və qardaşlıq prinsiplərinə əsaslanan iki güclü dövlət olmasının nümunəvi göstəricilərindən biridir.Dəmir yolu xətti strateji əhəmiyyət daşımaqla yanaşı həm də Azərbaycanın etibarlı tranzit ölkəsi kimi böyük maliyyə gəliri əldə etməsinə də şərait yaradacaqdır. Azərbaycan iqtisadiyyatına ciddi və əhəmiyyətli dərəcədə töhfə verəcək olan bu kimi böyük lahiyələr Ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin bariz nümunəsidir”.

Anar
Xəbəri paylaş