Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukraynanın şərqində vəziyyət yenidən gərginləşir



Newscenter.az.17.02.2021. Ukraynanın şərqində vəziyyət yenidən gərginləşir.

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib. O, qeyd edib ki, Donbasla bağlı danışıqlar illərdir yerində sayır:

"Minsk razılaşması işləmir, atəşkəs tez-tez pozulur, snayperlər işləyir, minalar partlayır, nəticədə itkilər qeydə alınır. Ukraynalı və rusiyalı eksperlər il ərzində toqquşmaların intensivləşəcəyini istisna etmirlər. Yəni lokal müharibə ehtimalı var. Bu arada, Kremldə Donbassın Rusiyaya birləşdirilməsi variantı üzərində götür-qoy edirlər. Bir sözlə Ukrayna mövzusu Rusiyada yenidən aktuallaşır və belə vəziyyətdə Kremlin Qərblə münasibətlərində gərginlik daha da artacaq. Dağlıq Qarabağda yerdə qalan hədəflərimizə çatmaq üçün Rusiya-Ukrayna gərginliyini və Donbasdakı gələcək prosesləri diqqətlə izləməliyik".

Mehman
Xəbəri paylaş