Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xəyal Bəşirov yazır: Dizel yanacağı tökülərək diri-diri yandırılan və başı kəsilən insanlar



Newscenter.az.17.02.2021. Qaradağlı qətliamı və ya Qaradağlı faciəsi — 1992-ci il fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndində Ermənistan silahlı qüvvələri və Rusiyanın 366-cı alayı tərəfindən törədilən soyqırımı. Erməni silahlı birləşmələri yalnız dörd gün çəkən ağır döyüşdən sonra kəndə daxil ola bildilər. Kənd Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunaraq yandırıldı, mülki əhali qırğına məruz qaldı.

Qətliam aktı Qarabağ münaqişəsi zamanı baş vermişdir. Nəticədə 117 nəfər əsir alınmış, 68 nəfər mülki şəxs isə qətlə yetirilmişdir. Rəsmi məlumata görə, ermənilər tərəfindən törədilən soyqırım zamanı Qaradağlı kəndində 91 nəfər - kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. Öldürülənlərdən 21-i ahıl və qocalar, 10-u qadın, 8-i məktəbli olub. 146 uşaq yetim qalıb. İşğal nəticəsində kənddə 200 yaşayış evi, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb, 25 çarpayılıq xəstəxana binası və digər sosial obyektlər dağıdılıb. Kəndin 800-ə qədər sakini məcburi köçkün vəziyyətinə düşüb.

Qətlə yetirilənlərdən bəziləri xüsusi amansızlıqla öldürülmüşdür. Məsələn, 3 kənd sakininin üzərinə dizel yanacağı tökülərək yandırılmış, 2 nəfərin isə başı kəsilmişdir. Kəndin yerdə qalan sakinləri isə dağlıq əraziləri keçərək Ağdama getmişdirlər.

Xəyal Bəşirov-siyasi şərhçi
Xəbəri paylaş