Newscenter.az.17.02.2021. Prezident İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq “Azərişıq” ASC işğaldan azad edilmiş ərazilərdə xüsusi dövlət əhəmiyyətli binaların elektrik enerjisi ilə təchizatını “Azərişıq Qarabağda” layihəsi çərçivəsində təxirəsalınmaz tədbirlərlə həyata keçirir.
Newscenter.az xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, artıq Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarındakı, eləcə də Xocavənd rayonunun Hadrut qəsəbəsindəki xüsusi dövlət əhəmiyyətli binalar, həmçinin Şuşa şəhəri yeni çəkilən elektrik veriliş xətti ilə ilkin mərhələdə elektrik enerjisi ilə təmin olunub.