Newscenter.az.18.02.2021. Finlandiyanın “Vita” laboratoriyasında koronavirusun yeni variantı aşkarlanıb.
Bu barədə Newscenter.az laboratoriyanın saytına istinadən bildirir.
Virusun növü Fin-796H adlandırılıb. Yeni ştamm COVID-19-un Böyük Britaniya, həm də Cənubi Afrikada aşkarlanan variantları xüsusiyyətlərinə malikdir.
"Bir variantda mutasiya ÜST tərəfindən tövsiyə edilən metodlardan biri ilə virusun etibarlı şəkildə aşkarlanmasının qarşısını alır", - Klinik mikrobiologiya üzrə dosent Sakari Yokiranta deyib.
Anar TAGIYEV