Newscenter.az.18.02.2021. İran İslam Respublikasının cənubunda 5,6 bal gücündə zəlzələ olub.
Bu barədə Tehran Universitetinin Seysmoloji Mərkəzi məlumat yayıb.
Qeyd edilir ki, zəlzələ yerli vaxtla saat 22:05-də qeydə alınıb. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.
Məlumata görə, zəlzələ zamanı bir neçə nəfər xəsarət alıb. İranın Təcili Yardım Xidmətinin nümayəndəsi Mödcab Xalidi YJC agentliyinə bildirib ki, təbii hadisə zamanı azı 10 nəfər xəsarət alıb. "Hazırkı vaxtda 10 nəfər xəsarət alıb. Lakin ölüm hadisəsi barəsində məlumat daxil olmayıb", - Xalidi deyib.